vay dədə!

good heavens! батюшки!
vaveylada qalmaq
vay-haray salmaq
OBASTAN VİKİ
Vay adaları
Vay adaları (khm. កោះតាង) — Cənubi Çin dənizinə daxil olan, Siam körfəzində yerləşən adalar. Kambocanın Kampot vilayətinə daxildir. Sahildən 95 km aralıda yerləşir. Arxipelaq iki adadan ibarətdir.
Vay adası
Vay (tay เกาะหวาย) — Siam körfəzində yerləşən 52 adadan ibarət olan arxipelaqa daxildir. İnzibati cəhətdən Tailandın Trat vilayətinə daxildir. Ko-Çanq milli parkı ərazisinə daxildir. Adanın uzunluğu 6 km, eni 1,5 km təşkil edir. Adanın şərq hissəsi mərcan rifləri ilə əhatələnmişdir. Bu hissədə çimərliklər vardır. Qərb hissəsi nisbətən qayalıqdır. Burada dəniz quşlayı yuva qurur. Adanın ərazisi sıx cəngəlliklərlə əhatələnmişdir. Adada infrastruktur, maqazin, yollar yoxdur.
Dədə Katib
Əbdürrəhman Təyyar Quluncu (Dədə Katib)(1925-2008), Dədə Katib təxəllüsü ilə 1925-ci ildə Urmiyanın Quluncu kəndində anadan olubdur. Qulunculu Dədə Katib adıyla da məşhurdur. Şairin məzarı Quluncu kəndindədir. Onun hecayi şeirləri daha çox qoşmalar və gəraylılardan ibarətdir.. O, şair kimi Balovlu Meskin və Dullu Mustafadan təsirlənmişdir. Dədə Katib, Qərbi Azərbaycan ostanı və Türkiyənin şərqindəki aşıqlar və ozanlar arasında (xüsusən sərhəddin hər iki tərəf kürəsünniləri arasında) çox məşhurdur. Dədə Katib, həm də Güney Azərbaycanda yaşayan Hənəfi sünni türklərin dini alimi kimi də tanınmışdır. O, əksər şeirlərin Azərbaycan dilində yazıb, ancaq türk dilində də şeirləri var.
Dədə Qorqud
Dədə Qorqud və ya Qorqud Ata — türk, altay və oğuz rəvayətlərində, əfsanələrində, nağıllarında və xalq hekayələrində adı çəkilən və Dədə Qorqud olaraq tanınan ozan, aşıq, varsaq və el ağsaqqalı. Dədə Qorqud Hekayələrinin yazıçısı və izahçısı olduğu qəbul edilir. Ozanların atasıdır. Qeyri-adi özəllikləri vardır. Qopuz çalar, əhvalatlar söylər. Çox uzun illər yaşamışdır. Qopuzun bulucusu odur. İslamiyyətlə birlikdə bir övliya olaraq qəbul edilmişdir, lakin İslamdan öncəki dövrlərdə çox geriyə gedən bir xarakterdir. Tanrının izni ilə gələcəkdən xəbər verir. Kordan çıxmış bir qadının oğludur.
Dədə Saqi
Dədə Saqi (fars. دده سقي‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 346 nəfər yaşayır (88 ailə).
Dədə Əfəndi
Dədə Əfəndi (9 yanvar 1778 – 29 noyabr 1846) — XIX əsr Türkiyə bəstəkarı. Dədə Əfəndi 9 yanvar 1778–ci ildə İstanbulda doğulmuşdur. Lap gənc yaşlarından musiqini öyrənməyə başlamışdır. Yeniqapı Mövləbixanəsində 1001 gün oxuyaraq "Dədə" olmuşdur. İlk əsərlərini 16 yaşında yazan bəstəkar dövrünün böyük bəstəkarı olan III Səlimin diqqətini cəlb etmişdir. Padşah baş musiqiçi və müsahib kimi onu saraya gətirmişdir. Dədə Əfəndi Həccə getmiş, orada Xolera xəstəliyinə tutularaq 30 noyabr 1846-cı ildə orada vəfat etmişdir. Məkkədə Həzrəti Xədicənin ayaq tərəfində basdırılmışdır. 100 böyük türk. (Azərbaycan dilinə tərcümə edəni Sabir Adil.
Dədə Ələsgər
Aşıq Ələsgər (Ələsgər Alməmməd oğlu; təq. 22 mart 1821, Ağkilsə – 7 mart 1926[…], Ağkilsə, Yeni Bəyazid qəzası) — azərbaycanlı aşıq. Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Atası Alməmməd kəndin hörmətli şəxslərindən sayılırdı; əsas məşğuliyyəti dülgərlik idi. Eyni zamanda, bədahətən söz demək, şeir qoşmaq istedadı vardı. Ara-sıra qoşma, bayatı, gəraylı söyləyərdi. Alməmməd kişinin ailəsi böyük idi: dörd oğlu, iki qızı vardı. Uşaqlarını saxlamaq üçün o, Cavanşir mahalının meşələrindən quru ağac, odun daşıyır, Göyçə mahalının kəndlərində satır, 8 nəfər külfətini bir qarın ac, bir qarın tox dolandırırdı. Uşaqları böyüdükcə Alməmməd kişinin qayğıları da çoxalırdı. Artıq o, ailəsinin ehtiyaclarını ödəyə bilmir, tez-tez maddi çətinlik qarşısında qalırdı.
Hicri Dədə
Hicri Dədə (1881, Kərkük, Mosul vilayəti – 11 dekabr 1952, Kərkük) — “Kərkük” qəzetinin baş yazarı, təzkirəçi, şair. Hicri Dədə 1877-ci ildə Kərkükün Çay məhəlləsində anadan olub. Onun əsl adı Mahmud, ləqəbi Hicridir. Atası Müridzadə Molla Əli, babası şair Naziri Dədədir. İlk təhsilini Kərkükdə Hacı Mustafa Qirdar mədrəsəsində Oçuşlu Molla Məhəmməd Əfəndidən alıb. Vaiz Molla Rza əfəndinin tələbəsi olub və bir müddət Kərkükün tanınmış ziyalılarından olan Əli Hikmət əfəndidən də bəhrələnmişdir. Həmçinin, Molla Qabilzadədən ədəbiyyat dərsləri alan Hicri Dədə boş vaxtlarında şeirlər də yazmışdır. 1912-ci ildə Piryadi məhəlləsində yerləşən məsciddə ərəbcə yazılan məscidin kitabını oxuyarkən yazdığı "Nemə lazım" şeirini söyləyir və mədrəsə təhsilini yarımçıq qoyaraq özünü şeir və ədəbiyyata həsr edir. Təxminən, 1920–1922-ci illərdə ailə həyatı qurmuş və bu evlilikdən iki qız, iki oğul övladı dünyaya gəlmişdir. O, 1952-ci il 11 dekabrda vəfat etmişdir..
Öksüz Dədə
Öksüz Dədə — xalq ədəbiyyatı şairi. Onu Öksüz Aşık kimi də tanıyırlar. Şeirlərində Öksüz Dədə təxəllüsündən istifadə edən şairin doğum və ölüm tarixləri haqqında məlumat yoxdur. Dunay ətrafında böyümüş və III Muradın dövründə yaşadığı güman edilir. O, qəhrəmanlıq haqqında şeirlər yazan Yeniçəri şairi idi. 1557-1590-cı illərdə Səfəvi–Osmanlı müharibələrindən sonra İran şahzadəsi Heydər Mirzənin girov götürülməsindən sonra yazdığı şeirlərdə onun hansı dövrdə yaşadığı öyrənilir. O devşirmə olaraq Yeniçəri qəbul edilmişdir.
Dədə Qorqud (1975)
Dədə Qorqud — Rejissor Tofiq Tağızadənin filmi. Filmdəki hadisələrin mərkəzində xalq dayanır. Burada xalqın taleyi, tarixi proseslərdə rolu, uzaq keçmişi, adət və ənənələri barədə danışılır. Dədə Qorqud (Həsən Məmmədov) saysız-hesabsız insan fəlakətlərinin, ardı-arası kəsilməyən müharibələrin şahidi olan və insanları başı bəlalı torpaqda azad əməyə səsləyən müdrik qocadır. Kino əsəri canlı döyüş meydanını bərəkətli əkin yerlərinə çevirmək tövsiyəsi ilə bitir : "Əgər torpaq qorunmursa əkilməyinə dəyməz, əgər əkilmirsə, onda qorunmağına dəyməz". Filmdə vətənə məhəbbət, dostluq, qardaşlıq və sədaqət kimi yüksək hisslər tərənnüm olunur. Film aktyor Fərhad Yusifovun kinoda ilk işidir. Film dünya ədəbiyyatı xəzinəsinin nadir incilərindən sayılan, Azərbaycan xalqının keçmişini vəsf edən "Kitabi Dədə Qorqud" dastanının motivləri əsasında çəkilmişdir. Film Anarın eyniadlı povesti əsasında çəkilmişdir. Kinolent dastanı tam əhatə etmir, əsasən dastanın iki qolundan istifadə edilmişdir.
Dədə Qorqud (Saatlı)
Dədə Qorqud (əvvəlki adı: Bayramovka) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Saatlı rayonunun Bayramovka kənd inzibati-ərazi vahidi tərkibindəki Bayramovka kəndi Dədə Qorqud kəndi, Bayramovka kənd inzibati-ərazi vahidi Dədə Qorqud kənd-inzibati-ərazi vahidi adlandırılmışdır. Əhalisinin sayı 2348 nəfərdir.
Dədə Qorqud (Suraxanı)
Dədə Qorqud – Bakının Suraxanı rayonunun inzibati ərazi vahidində qəsəbə. Bəzi mənbələrdə yaşayış massivi olaraq da adlanır. Qəsəbədə 315 nömrəli məktəbdə 960 şagird yeri olan məktəb binası tikilərək istifadəyə verilmişdir.
Dədə Qorqud (dəqiqləşdirmə)
Dədə Qorqud — türk, altay və oğuz əfsanələrində, nağıllarda və xalq hekayələrində ozan. Kitabi Dədə Qorqud — Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi (XI-XII əsrlər). Dədə Qorqud (film, 1975) — Azərbaycan istehsalı olan tammetrajlı bədii film. Dədə Qorqud (jurnal) — Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun jurnalı. Dədə Qorqud (heykəl) — Naxçıvan şəhərindəki Dədə Qorqud heykəli. Dədə Qorqud (Saatlı) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Dədə Qorqud (Suraxanı) — Azərbaycan Respublikasının Suraxanı rayonunun inzibati ərazi vahidində qəsəbə.
Dədə Qorqud (heykəl)
Dədə Qorqudun heykəli — Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində monumental sənət abidəsi. Heydər Əliyev prospektində, "Təbriz" mehmanxanasının önündə ucaldılmışdır. Abidə "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi şərəfinə 1999-cu ildə yaradılmışdır. Müəllifi Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi Elman Cəfərovdur. Postamentlə birlikdə hündürlüyü 5,3 metr olan heykəldə dizi üstündə qopuz tutmuş Dədə Qorqud düşüncəli halda təsvir edilmişdir. Fiqurun sol əlindəki simli qopuz aləti dəmir lövhələrdən və profildən qaynaq üsulu ilə hazırlanmışdır. Kompozisiyada fiqur kötük üzərində oturdulmuşdur. Heykəlin başında qədim türklərə məxsus papaq, əynində açıq yaxalıqlı uzun əba və qollarının üstünə atılmış atqı verilmişdir. Fiqurun portret cizgisinin əsas atributları sayılan saç və saqqal formaları Dədə Qorqudun xarakterik obrazını yaradır və fiqurun çöhrəsini nurlandırır. Obrazın xarakterik cizgiləri türk variantından götürülmüş portret əsasında işlənilmişdir.
Dədə Qorqud parkı
Dədə Qorqud parkı — Bakı şəhərində, Nərimanov rayonunda yerləşən park. ADA Universitetinin və Bakı zooparkının yanında yerləşir. Heydər Əliyev 2000-ci ilin aprelində parkın yerləşdiyi bu ərazidə "Dədə Qorqud heykəli və Dədə Qorqud dünyası" tarixi-etnoqrafik kompleksinin yaradılması haqqında" fərman imzalamışdı. Daha sonra 2 aprel 2007-ci ildə İlham Əliyevin imzaladığı sərəncamla Nazirlər Kabinetinə həmin fərmanın icrasını təmin etmək üçün müvafiq tədbirlər görmək tapşırılıb. Aparılan tikinti işlərindən sonra Dədə Qorqud parkı 13 dekabr 2013-cü ildə açılıb. Açılış da İlham Əliyev də iştirak etmişdir. 6 hektar ərazidə salınmış bu park paytaxtın ən böyük parklarındandır. Burada istirahət üçün hər cür şərait yaradılıb, yaşıllaşdırma işləri aparılıb, süni göl yaradılıb, müasir standartlara cavab verən işıqlandırma sistemi quraşdırılıb. Dədə Qorqud parkı həm də qədim Azərbaycan tarixinin və mədəniyyətinin açıq havada nümayişi meydanıdır. Parkın mərkəzində heykəltaraş Göyüş Babayevin "Kitabi-Dədə Qorqud" abidəsi ucalır.
Dədə Qorqud qəsəbəsi
Dədə Qorqud – Bakının Suraxanı rayonunun inzibati ərazi vahidində qəsəbə. Bəzi mənbələrdə yaşayış massivi olaraq da adlanır. Qəsəbədə 315 nömrəli məktəbdə 960 şagird yeri olan məktəb binası tikilərək istifadəyə verilmişdir.
Dədə Ömər Rövşəni
Dədə Əmir Rövşəni (1407, Osmanlı imperiyası – 1487, Təbriz) — türk mənşəli ələvi şair, XV əsr xəlvəti şeyxi və Seyid Yəhya Bakuvinin öndə gələn xəlifələrindən biri. "Ləmazat" əsərində "nur əhlinin seçgini", "aləm və adəmin işığı", "can və tən əhlinin eşq sirlərinin rəhbəri", "aləm imamlarının qütbü", "sirlər aləminin eşq və sevgi nuru", "yetişdirici qütblərin məna iqliminə gedən aydınlıq yolu" deyə tövsif edilmişdir. Daha çox şeirlərində istifadə etdiyi Rövşəni məxləsi ilə tanınır. Əsl adı Əmir Əli'dir, ləqədi Dədə, künyəsi Əli ibnu binti Umur bəydir. Atası haqqında məlumat olmadığı halda ana babsı "Töhfətül-mücahid" əsərinə görə İldırım Bəyazidin əmirlərindən Qara Timuurtaş Paşanın oğlu Qazi Umur bəydir. "Ləmazat" da Aydın oğlu Umur bəy göstərilir. Şairin babasının bölgədə Osmanlılardan əvvəl hökm sürən Aydınoğulları sülaləsindən əlli il ara ilə bəylik edən iki Umur bəydən biri, böyük ehtimalla birincisi olduğu qəbul edilir. Belə ki,Ömər Rövşəni Aydın ili bölgəsinin o vaxtkı mərkəzlərindən Gözəlhisara aid Tirədən olduğunu bildirir: – demişdir. Doğulduğu il dəqiq olara bilinməsə də aparılan araşdırmalar doğum ili kimi 1407–1417-ci illər arasını göstərib. Təsəvvüfə və Bakıya gələrək Seyid Yəhya Bakuviyə bağlanmasına böyük qardaşı Əlaəddin Əli səbəb olmuşdur.
Kitabi-Dədə Qorqud
"Kitabi-Dədə Qorqud" ("Kitab-i Dədəm Qorqud əla lisan-i taife-i Oğuzan" (Oğuz tayfalarının dilindən Dədəm Qorqud kitabı))) – Oğuz türk dastanı. Ümumtürk ədəbiyyatının yeganə yazılı eposu. "Kitabi-Dədə Qorqud" dastanları ideya-məzmunu, təkrarolunmaz gözəlliyi ilə yüz illərdir ki, dünya alimlərinin diqqət mərkəzindədir. Ənənəyə görə, "Kitabi Dədə Qorqud"da dastanların müəllifliyi Dədə Qorquda aid edilir. Bəzi məlumatlara görə Dədə Qorqudun məzarı Dərbənddə yerləşir. XVII əsrin görkəmli səyyahları olan Övliya Çələbi və Adam Olearinin "Səyahətnamə"lərində bu fakta rast gəlmək olar. XIV əsr tarixçilərindən Aybək əd-Dəvadari və Fəzlullah Rəşidəddin Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığını və türklər tərəfindən elçi sifətilə onun yanına göndərildiyini yazmışlar. Dastandakı "Rəsul əleyhüssəlam zamanına yaqın Bayat boyından Qorqud Ata derlər, bir ər qopdu" ifadəsinə görə dastanın yaranması islamiyyətin meydana çıxdığı ərəfəyə (VII əsr) aid edilir. Dastanın öyrənilməsi alman şəqşünası Henrix Fridrix fon Ditsin 1815-ci ildə Drezden kitabxanasında XV əsrdə yazıya alınmış əlyazmasını aşkar etməsi ilə başlayır. Daha sonra Vasili Bartold 1894–1904-cü illərdə dastanın I, II, III, V boylarını ruscaya tərcüməsi i8lə çap etdirir.
Kitabi Dədə-Qorqud

Kitabi Dədə Qorqud

Münəccimbaşı Əhməd Dədə
Münəccimbaşı və ya Münəccimbaşı Dərviş Əhməd Dədə bin Lütfullah (Saloniki, XVII əsrin birinci yarısı – Məkkə, 27 fevral 1702) — Osmanlıda saray mənsubu, alim, təsəvvüf şairi və tarixçidir. Onun baş əsəri — "Cami əl-düval" dünya tarixi kitabıdır, Xəzər dənizinin cənub-qərbi sahili ətrafında qurulan orta əsr müsəlman sülalələrinin tarixi haqqında qiymətli məlumat verir. (Adərbaycan, Şirvan, Arran, Dərbənd) Türk ədəbiyyatında ondan Əhməd Lütfullah olaraq bəhs edilir. Onun atası Lütfullah Konyanın Ereğli ilçəsindən idi, ancaq Əhməd XVII əsrin birinci yarısında Salonikidə doğulmuşdu (Encyclopaedia Britannicaya görə 1631-ci ildə). O, Kasımpaşa səmtindəki mövləvixanada təhsil almışdı və 15 ilini burada Şeyx Xəlil Dədənin nəzarətində keçirmişdi. Astronomiya və astrologiyanı öyrəndikdən sonra o, 1667/8-ci ildə münəccimbaşı vəzifəsinə gətirilmişdi. Münəccimbaşı Əhməd Dədə IV Mehmedin dövründə (1648-1687) sarayda önəmli şəxs idi. 1675/6-cı ildə IV Mehmed sarayın ən məhrəm çevrəsinə girişin ifadəsi kimi onu mühasib-i padişah vəzifəsinə gətirdi. IV Mehmedin 1687-ci ilin noyabr ayında hakimiyyətdən salınmasına qədər Münəccimbaşı vəzifədə qaldı. Daha sonra isə o, Misirə sürgün edildi.
Təvəkküli Dədə Saraylı
Təvəkküli Dədə Saraylı — boşnak əsilli Osmanlı şairi. Sarayevoda anadan olmuşdur. O, əsərlərini farsca yazmışdır, baxmayaraq ki, onun əsərləri qorunub saxlanılmamışdır. O, Mövləvi ordeninə mənsub olduğu üçün fars dilini məharətlə bilirdi.
Dədə Qorqud (film)
Dədə Qorqud — Rejissor Tofiq Tağızadənin filmi. Filmdəki hadisələrin mərkəzində xalq dayanır. Burada xalqın taleyi, tarixi proseslərdə rolu, uzaq keçmişi, adət və ənənələri barədə danışılır. Dədə Qorqud (Həsən Məmmədov) saysız-hesabsız insan fəlakətlərinin, ardı-arası kəsilməyən müharibələrin şahidi olan və insanları başı bəlalı torpaqda azad əməyə səsləyən müdrik qocadır. Kino əsəri canlı döyüş meydanını bərəkətli əkin yerlərinə çevirmək tövsiyəsi ilə bitir : "Əgər torpaq qorunmursa əkilməyinə dəyməz, əgər əkilmirsə, onda qorunmağına dəyməz". Filmdə vətənə məhəbbət, dostluq, qardaşlıq və sədaqət kimi yüksək hisslər tərənnüm olunur. Film aktyor Fərhad Yusifovun kinoda ilk işidir. Film dünya ədəbiyyatı xəzinəsinin nadir incilərindən sayılan, Azərbaycan xalqının keçmişini vəsf edən "Kitabi Dədə Qorqud" dastanının motivləri əsasında çəkilmişdir. Film Anarın eyniadlı povesti əsasında çəkilmişdir. Kinolent dastanı tam əhatə etmir, əsasən dastanın iki qolundan istifadə edilmişdir.
Toklu Dədə Məscidi
Toklu Dədə Məscidi — İstanbulda bir Osmanlı məscidi idi. Bina əvvəlcə Bizans Şərqi Pravoslav Kilsəsi idi. 1929-cu ildə demək olar ki, tamamilə dağıdıldı. Bina İstanbulun Fatih səmtində yerləşirdi. Binanın qalan yeganə hissəsi Toklu İbrahim Dədə küçəsində, divarlı şəhərin bir neçə metr daxilində, Qızıl Buynuz sahillərindən qısa bir məsafədə yerləşən müasir bir evlə əhatə olunmuşdur. 1453-cü ildə Konstantinopolun Osmanlıların əlinə keçməsindən sonra, 15-ci əsrin sonu ilə 16-cı əsrin əvvəlləri arasında kilsə Fatih Mehmedin keçmiş əsgəri Toklu İbrahim Dədə tərəfindən məscidə çevrildi. Yaxınlıqda Əbu Şeybət ul Hudrinin məqbərəsi və Peyğəmbərin səhabəsi olan daha məşhur Əbu Əyyub əl-Ənsari var. Hər ikisi Konstantinopolun ilk ərəb mühasirəsi zamanı öldü və Heraklian divarının kənarında dəfn edildi. Ebû Şeybet ül Hudrinin məzarı indi Heraklius divarı ilə V Leo divarı arasındakı divarlarda yerləşir. 1929-cu ildə binanın sahibi onu demək olar ki, tamamilə sökdü, ancaq binanın cənub divarı və apsisi qaldı.
İttik Dədə türbəsi
İttik Dədə türbəsi, Yitik Dədə türbəsi və ya İsmayıl Çavuş türbəsi — Lefkoşanın şimal hissəsində yerləşən türbə. Türbə, Səlimiyə meydanının cənub tərəfində, Səlimiyə məhəlləsində yerləşir. Bir otaqlı, dördbucaqlı quruluşlu və içərisində taxta sarkofaq olan türbədir. Bu məzarda yatan İttik Dədənin kimliyi ilə bağlı müxtəlif rəvayətlər olsa da, onun 1570-ci ildə Osmanlı qüvvələrinin Kipr səfərinə qatılan və Lefkoşadakı qarşıdurmalarda həyatını itirən bir əsgər olduğu güman edilir. XIX–XX əsrlərdə müxtəlif insanların iqamətgahı kimi istifadə edilən türbə 1985 və 2014-cü illərdə bərpa edilib. Tarixən qurbangah kimi xidmət göstərən türbə pəncərəsinin dəmir barmaqlıqlarına parça tikələri bağlanırdı. Türbəyə adını verən və "şəhid" olduğu güman edilən İttik Dədənin kimliyi ilə bağlı heç bir sənəd günümüzə gəlib çatmamış və onun haqqındakı məlumatlar rəvayətlərə əsaslanır. Ən çox yayılan rəvayətə görə, Peloponnes yarımadasında doğulan İttik Dədə Osmanlı qüvvələrinin Kipr səfərinə qatılan və Lefkoşadakı qarşıdurmalarda həyatını itirən bir əsgər olub. Onun Səlimiyə məscidinin ilk imamı olan Moravizadə Əhməd Əfəndi ilə birlikdə döyüşə qatıldığı güman edilir. Türbə adındakı “ittik” sözü Kipr türkcəsindəki “yitik” sözü ilə eyni mənanı verir.